Mərkəzi Bank dolları artırdı – VALYUTA HƏRRACI

Mərkəzi Bank bu gün yanvarın 31-də növbəti valyuta hərracına start verib.

Yenicag.Az-ın əldə etdiyi məlumata görə, bu gün hərraca 35 milyon dollar çıxarılıb.
Xatırladaq ki, bundan öncəki hərracda cəmi 25 milyon dollar çıxarılmışdı.

Eyni zamanda Mərkəzi Bank bu həftə hərracların sayını da azaldıb. Bundan sonra valyuta hərracları həftədə 2 dəfə keçiriləcək.

Yenicag.Az