“Məscidi bombalayacaq” deyilmişdi: General Terrorla Mübarizə İdarəsinə gətirildi

Türkiyədəki Əyyub Sultan məscidində terror törədəcəyi ilə bağlı iddialar əsasında həbs edilmiş general-mayor Nail İlbəy Jandarma Ümumi Komandirliyinin Terrorla Mübarizə Baş İdarəsinə rəis təyin edilib.

Yenicag.az “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Bildirilir ki, Nail İlbəy İstanbuldakı Əyyub Sultan məscidini bombalamaq üçün hazırlıq görmə ididası ilə saxlanılıb, sonradan fiaskoya uğrayan “Balyoz davası”nda 16 il həbsə məhkum edilib. 21 ay həbs cəzası çəkdikdən sonra İlbəyin günahsızlığı sübuta yetirilmişdi.