Məşhur baş məşqçi “Napoli”dən ayrılmaq istəyir

media-hightechnic-468x90

Luçano Spaletti “Napoli”dən ayrılmaq istəyir.

Yenicag.az xəbər verir ki, italiyalı mütəxəssis A seriyasında “İnter” üzərində qələbədən (3:1) sonra mətbuat konfransında mümkün gedişinə münasibət bildirib.

64 yaşlı məşqçinin sözlərinə görə, səhərdən axşama kimi işləyəndə bəzi fikirlər yaranır: “Bu insanlara layiq olan hər şeyi verə biləcəyinizə əmin deyilsinizsə, bu barədə düşünmək lazımdır. Hər şeyi götür-qoy edib bir nəticəyə gəlməliyəm. Yəqin ki yaxın günlərdə son qərarımı açıqlayacam”.

Qeyd edək ki, 2021-ci ildən “Napoli”nin baş məşqçisi olan Spalettinin komanda ilə 2024-cü ilin yayına kimi müqaviləsi var.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa