Məşhur deputat axtarışa verildi

media-hightechnic-468x90

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Dövlət Dumasının məşhur deputatı və keçmiş boksçu Nikolay Valuyevi axtarışa verib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS Ukrayna Daxili İşlər Nazirliyinin informasiya bazasına istinadən məlumat yayıb.

Valuyev hələ 2022-ci ildə Xmelnitski vilayətinin SBU-su tərəfindən axtarışa verilmişdi. Ona Ukraynanın ərazi bütövlüyünə qəsd maddəsi ilə qiyabi ittiham irəli sürülüb. Daha sonra isə o, Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.

Xatırladaq ki, SBU Dövlət Dumasının digər deputatı Vyaçeslav Fetisovu da axtarışa vermişdi. Xokkey üzrə ikiqat olimpiya çempionu olan Fetisov artıq dördüncü ildir ki, Ukraynanın “Mirotverts” saytının məlumat bazasına salınıb. O, 2022-ci ildən Ukraynada axtarışa verilib. Ftisov da ölkənin ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa