!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur diktor HƏKİM NƏZARƏTİNDƏDİR: “İynə-dərmanı dayandıram kimi...”

!Reklam – Yazi

“Həkim nəzarətindəyəm”.

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani Yenicag.az-a açıqlamasında deyib.

Səhhəti barədə danışan Xalq artisti həkim nəzarəti altında evdə müalicəsinin davam etdiyini bildirib:

“Bir neçə ay öncə infarkt keçirdim, 4 ay xəstəxanada arxası üstə yatdım. Hələ də fəsadlar tam aradan qalxmayıb. Həkimlər deyir, özünü gözlə. Əsas narahatlığım yüksək qan təzyiqidir. Dava-dərman olunur. İynə-dərmanı dayandıram kimi səhhətim daha da pis olur”.

Diktor səhhəti üzündən efirə də çıxa bilmədiyini söyləyib:

“AzTV”də uşaqlar üçün “Biləyən” verilişinin aparıcısıyam. Ehtiyat verilişlər hazırlamışam deyə işə də çıxmıram. İndi də havaların belə qarlı-şaxtalı olmasına görə evdən bayıra çıxmıram”.

Cəvahir

www.yenicag.az

225
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv