!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məşhur telejurnalistdən prezidentə İTTİHAM: “Nəyə görə bizdə korrupsiya belə dəhşətli səviyyədədir?”

Tanınmış telejurnalist Dmitri Qordon Ukrayna prezidentini onu təqib etdirməkdə suçlayıb. 

Yenicag.az Ukrayna mediasına istinadən xəbər verir ki, Dmitri Qordon “Ukrayna 24” telekanalına müsahibəsində ölkə prezidenti Vladimir Zelenskinin ona qarşı təqib kampaniyası başlatdığını bildirib.

Qordonun sözlərinə görə, onun ölkədəki problemlərlə əlaqədar hakimiyyəti açıq tənqid etməsi Ukrayna prezidentinin xoşuna gəlmir:

“Başa düşmürəm, mən niyə yalan danışmalıyam və ciddi problemlərlə bağlı susmalıyam? Nəyə görə bizdə korrupsiya belə dəhşətli səviyyədədir? Mən bu barədə soruşuram, amma suallarım havada qalır. Ancaq dəqiq bilirəm ki, prezident buna görə çox inciyib”.

Jurnalist əlavə edib ki, prezidentin ölkənin vergi və xüsusi xidmət orqanlarına onun fəaliyyətini diqqətlə yoxlamaq göstərişi verdiyindən əmindir.

www.yenicag.az

545
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100