Messi dünya çempionatında oynamaq istəyir

media-hightechnic-468x90

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının futbolçusu Lionel Messi 2026-cı il dünya çempionatında oynamaq istəyir.

Yenicag.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə “Mundo Deportivo” nəşrinə açıqlamasında deyib.

O bildirib ki, mundialda iştirak etmək son dərəcədə gözəl olardı: “Formada olmaq və milli komandama kömək etmək istərdim. Əlbəttə ki, çox həyəcanlıyam, çünki bu, dünya çempionatıdır. Son mundialda qalib gəlmişik və titulumuzu qorumaq istəyirik. Milli komandada, xüsusən də dünya çempionatı kimi turnirdə oynamaq ən gözəl hissdir”.

Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edəcək. Mundial ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa