Messi öz adını daşıyan futbol turniri yaratdı

media-hightechnic-468x90

Argentina milli komandasının və “İnter Mayami”nin kapitanı Lionel Messi yeniyetmələr arasında futbol turniri təsis edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Ulduz futbolçunun adını daşıyan “Messi Kuboku” dekabrın 9-dan 14-dək Mayamidə keçiriləcək. Argentinanın “River Pleyt” və “Nyuells Old Boyz”, “İnter Mayami”, İspaniyanın “Barselona” və “Atletiko”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, eləcə də İtaliyanın “İnter” klublarının U-16 komandaları artıq turnirdə öz iştiraklarını təsdiqləyib.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. O, əvvəllər “Barselona” və PSJ-nin də formasını geyinib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05