Meteroiddə otel olduğunu bildirdi
Adı çəkilməyən tanınmış turistik saytlarından birində, “Çuryumov-Gerasimenko” adlı meteroiddə otel olduğunu iddia edən reklam xarakterli məqalə dərc olunub.
Yenicag.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hətta həmin reklamda insanlara sözügedən meteroidə səyahət etmək üçün turlar da təklif edilib. Mənbə kimi, ora göndərilən “Philae” modulu göstərilib.
Qeyd edək ki, bu reklam məqaləsi zarafat xarakterli səciyyə daşıyıb.Lakin, buna baxmayaraq, Avropa Kosmos Agentliyi həmin məqaləni yayımlayan şəxsdən təzminat tələb edib. Nəticədə şəxs 100 evro həcmində cərimə olunub.