Metro stansiyasının adı Ukraynanın şərəfinə dəyişdirildi
Parisdə hərəkat fəallarının dəstəyi ilə “Avropa” metro stansiyasının adı dəyişdirilərək “Avropa-Ukrayna” adlandırılıb.
Yenicag.az xəbər verir ki, Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq bir qrup rəssam Paris metrosunun üçüncü xəttində yerləşən stansiyanın adını müvəqqəti olaraq dəyişdirib.
Aksiyada Ukrayna ilə stend təşkilatının avropalı rəssamları, o cümlədən Ukrayna mədəniyyət xadimləri iştirak ediblər./Unikal/