“Əsas məqsəd yerli rejissorların irəli çəkilməsi və onlara etimadın göstərilməsi olmalıdır” – Elnarə Akimova 

media-hightechnic-468x90

 

Yanvarın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. İclasda “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Müzakirələrdə Milli Məclisin deputatı, YAP Idarə heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova çıxış edib.

media-img_2691
Screenshot

Deputat çıxışının əvvəlində bildirib ki, iclasda müzakirə olunan mövzular ölkəmizin mədəni inkişaf strategiyası baxımından xüsusi əhəmiyyət kəsb edir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir neçə gün əvvəl təsdiq etdiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasını milli mədəniyyətimizin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm və vaxtında qəbul edilmiş strateji sənəd kimi dəyərləndirib. Elnarə Akimova qeyd edib ki, Konsepsiya mədəniyyəti dövlət siyasətinin əsas tərkib hissəsi kimi təqdim edir, milli kimliyin qorunması ilə müasir inkişafın uzlaşdırılmasını prioritet hədəf kimi müəyyən edir və bu uzaqgörən yanaşmaya görə dövlət başçısına təşəkkürünü ifadə edib.
“Kinematoqrafiya haqqında” Qanuna təklif olunan dəyişikliklərə toxunan deputat bildirib ki, yeni qanunda maliyyə və stimullaşdırma mexanizmlərinin daha da dəqiqləşdirilməsi, dövlət dəstəyinin iqtisadi alətlərinin daha aydın müəyyən edilməsi məqsədəuyğun olardı. Onun sözlərinə görə, bu yanaşma kino istehsalçıları və yaradıcı kollektivlər üçün daha sabit və proqnozlaşdırılan mühit formalaşdıra bilər.
Elnarə Akimova milli kadr hazırlığı məsələsinə də xüsusi diqqət çəkib. O vurğulayıb ki, xaricdən kadrların cəlb olunması müsbət hal olsa da, əsas məqsəd yerli rejissorların, gənc kino xadimlərinin irəli çəkilməsi və onlara etimad göstərilməsi olmalıdır.
Deputat çıxışında yerli animasiya və cizgi filmlərinin istehsalının vacibliyini də qeyd edib. Bildirib ki, bu gün yerli cizgi filmlərinin azlığı uşaqların başqa ölkələrin mədəni və dəyərlər sistemi üzərində formalaşmasına səbəb olur.
“Başqa ölkələrin cizgi filmləri ilə böyüyən uşağın milli ruhu da, dil anlayışı da zəif olacaq, çünki həmin filmlərin hər biri öz ölkələrinin auditoriyasına hesablanır, onların təbliğ etdikləri dəyərlər öz xalqlarının mentalitetinə və maraqlarına uyğun formalaşır. Ona görə də gələcək nəslin istər dünyagörüş, istər danışıq vərdişləri, istərsə də düşüncə tərzinin səviyyəsi bizi narahat etməlidir”,- deyə millət vəkili əlavə edib.
E. Akimova çıxışına sənədli kino sahəsinə də toxunaraq xatırladıb ki, bir vaxtlar Prezident İlham Əliyevin tapşırığı ilə Milli Qəhrəmanlara həsr olunmuş filmlər çəkilib. Onun fikrincə, bu gün də Vətən müharibəsi qəhrəmanları, II Qarabağ müharibəsində həyata keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında sənədli filmlərin çəkilməsinə ciddi ehtiyac var. Deputat qeyd edib ki, bu istiqamətdə müəyyən addımlar atılsa da, işlər daha sistemli, konseptual və peşəkar şəkildə aparılmalıdır.
Bu baxımdan “İctimai Televiziya” və “Azərbaycanfilm” kinostudiyasının birgə layihəsi olan “Görünməyən qəhrəmanlar” silsilə filmləri Zəfərimizin qəhrəmanlarının tanıdılması baxımından uğurlu nümunə kimi dəyərləndirilib.
Deputat həmçinin Böyük Qayıdış çərçivəsində bərpa olunan yurd yerlərinin bədii və sənədli filmlər vasitəsilə gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa