!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metyu Brayza: “Bu görüşə Azərbaycanın dəvət edilməməsi səhv idi”

!Reklam – Yazi

“ABŞ dövlət katibi Entoni Blinken, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) rəsmiləri arasında keçirilən görüşə Azərbaycanın dəvət edilməməsi səhv idi”.

Bu sözləri Yenicag.az-la söhbətində ABŞ-nin Azərbaycandakı sabiq səfiri deyib.

Brayza 5 aprel Brüssel görüşü ilə bağlı fikirlərini bölüşərkən deyib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün sülh müqaviləsinin imzalanması və beynəlxalq sərhəd sazişi ilə bağlı danışıqlarda tərəflərdən birinin özünü kənarda hiss etməməsi vacibdir.

“Bununla yanaşı, ABŞ-nin dövlət katibi Blinkenin və şəxsən Avropa İttifaqının prezidenti Şarl Mişelin bundan öncə nümayiş etdirdiyi konteksti də yadda saxlamaq lazımdır. Çünki onların istədikləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsidir. Onlar həmçinin Azərbaycan və Ermənistanla yaxın münasibətlərin olmasını istəyirlər”, – deyə o əlavə edib.

Eks-səfir diqqətə çatdırıb ki, bu gün Baş nazir Paşinyan Ermənistanı xarici siyasət olaraq Rusiya ilə ənənəvi həmrəylikdən uzaqlaşdırıb:

“Paşinyan ölkəsini daha çox Transatlantik ailəyə və Qərbə qoşulmağa doğru aparır. Beləliklə, o, bunu ilk olaraq Ermənistanın təhlükəsizliyini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) etibar etmək istəmədiyini bildirməklə etdi. Bundan sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin bir gün Avropa Birliyinə üzv ola biləcəyinə ümid etdiklərini söylədi. Paşinyan bilir ki, bu bəyanatları verməklə Rusiyadan gələcək sərt reaksiya Ermənistanın təhlükəsizliyini təhdid ola bilər.

Ona görə də Aİ və ABŞ təhlükəsizlik məsələlərini Baş nazir Paşinyanla müzakirə etməyə hazırdırlar, lakin İrəvana silah vermək və təbii ki, Azərbaycana qarşı düşmənçilik etmək anlamına gəlməməlidir”.

M. Brayza əlavə edib ki, Fransaya gəldikdə, bu dövlət Avropa Birliyinin fərdi üzvü olaraq fərqli bir yanaşma göstərə bilər:

“Prezident Emmanuel Makron açıq şəkildə bildirdi ki, Fransa Ermənistanla dost olmaq və İkinci Qarabağ müharibəsində Azərbaycanı günahlandırmaq yolunu seçib. Doğrudur, Fransa Avropa Birliyinin üzvüdür, lakin biz görürük ki, Aİ-nin digər mühüm bir üzvü olan İtaliya Azərbaycanın iştirak etmədiyi bu toplantıda Ermənistan, Avropa İttifaqı və ABŞ-ni tənqid edib. İtaliya hökuməti, xüsusilə Fransanın münaqişədə Ermənistanı seçməsinə tənqidi yanaşır. Şübhə etmirəm ki, ABŞ və Avropa İttifaqı sülh müqaviləsi istəyir. Onlar bilirlər ki, Azərbaycan həqiqətən də mühüm tərəfdaşdır. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Strateji Enerji Tərəfdaşlığı mövcuddur. Lakin Azərbaycanın da iştirak etmədiyi xüsusi iclasın keçirilməsi səhv idi. Fikrimcə, görüşün səbəbi Azərbaycanla deyil, yalnız Ermənistan və Aİ ilə görüş olsaydı, bunu anlamaq olardı”.

Brayza vurğulayıb ki, bu il Azərbaycanın öz nüfuzunu gücləndirmək və özü haqqında son 30 ildə formalaşan ədalətsiz və mənfi fikirləri aradan qaldırmağa kömək etmək şansı var:
“Çünki o, bu il qlobal bir ölkəyə çevriləcək. Ona görə ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı olan COP-un 29-cu sessiyası bu il Azərbaycanda keçiriləcək. Yəni Azərbaycanın işğaldan azad edilmiş torpaqlarını yaşıl enerji zonalarına və ağıllı şəhərlərə çevirməsini göstərmək üçün bu il onun əlində müsbət tendensiyalar mövcuddur. Ümid edirəm ki, Azərbaycan COP29-a sədrlik edərkən dünyanın qalan hissəsinə kömək etmək üçün bundan istifadə edəcək”.

Rafi Müslümov

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv