Mikroavtobus avtomobillə toqquşdu – 2 nəfər ağır yaralandı

media-hightechnic-468x90

qeza_y4Bu gün Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Könüllü kəndindən keçən ərazisində qəza baş verib.

“Mercedes-Sprinter” markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 2 nəfər – Şəmkir rayon Kür qəsəbə sakini 1985-ci il təvəllüdlü Fərman Məmişov və rayonun Muxtariyyə kənd sakini 1980-ci il təvəllüdlü Bayram Əlibabayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.(APA)

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600