!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mikroavtobusla minik avtomobili toqquşdu - 9 yaralı

!Reklam – Yazi

Salyan rayonunda yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Noxudlu kəndi ərazisində qeydə alınıb.

“QAZel” markalı yük maşını ilə “Mercedes markalı avtomobil toqquşub. Nəticədə 9 nəfər xəsarət alıb.

Bunlar Salyan rayon sakinləri – 1999-cu il təvəllüdlü Kərimov Bilal Nazir oğlu, 1962-ci il təvəllüdlü Əmənova Əzizə Əmir qızı, 1978-ci il təvəllüdlü İsmayılov Zaur Adil oğlu, 1979-cu il təvəllüdlü Muradov Elməddin Yuris oğlu, Cəlilabad Rayon sakinləri – 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Məmmədağa oğlu, 1952-ci il təvəllüdlü Soltanov Məmmədqulu Hatəm oğlu, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Əliyeva Şəfa Famil qızı və Masallı rayon sakini, 1965-ci il təvəllüdlü Zeynalova Xumraz Feyruz qızıdır.

Onlardan 5-i Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, 4-ü isə müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

1426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv