!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milli Şuradakıların hakimiyyətə gəlmək fikri onların xam xəyallarından biridir” - Araz Əlizadə

!Reklam – Yazi

“Mən də cinsi azlıqların əleyhinəyəm, ancaq bu mənada Hitlerdən örnək götürmək faşizmdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Şuranın son günlər sosial şəbəkədə yayılmış videokonfransında səsləndirilən “payızda hakimiyyətə gəlirik” arzusuna münasibət bildirən Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Araz Əlizadə bildirib ki, Milli Şuranın rəhbərliyindəki şəxslər ona məşhur film personajı Şura Balaqanovu xatırladır:

“Şura Balaqanov “Qızıl dana” filminin qəhrəmanlarından biridir. Ona sual verəndə ki, sənə xoşbəxtlik üçün nə qədər pul lazımdır? Cavabında “üç manat” deyir. Milli Şuraya da xoşbəxtlik üçün üç manat lazımdır.

Onların qiyməti üç manatdan artıq deyil. Milli Şura yarananda demişdim ki, ora avara insanların yığıncağıdır. Milli Şuradakıların hakimiyyətə gəlmək fikri onların xam xəyallarından biridir”.

Keçmiş deputat özünün xeyli vaxtdır, texnoloji “blokada”ya salındığını iddia edən Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin sözügedən videokonfransa necə qatılması haqda da danışıb:

“Əli Kərimli efirə özünün antenası ilə çıxır. Onlar ədəbsiz, mənəviyyatsız, savadsız insanlardır. Ona görə də, onlardan nəsə ummaq çətindir. Onlar ağızlarını açanda, dövlətdən, xalqdan danışırlar.

Əslində isə nə dövləti, nə də xalqı yada salırlar. Hətta Hitlerin cinsi azlıqları məhv etməməsinə heyifslənirlər. Mən də cinsi azlıqların əleyhinəyəm, ancaq bu mənada Hitlerdən örnək götürmək faşizmdir”.

www.yenicag.az

1150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv