Millimiz FIFA reytinqində gerilədi

media-hightechnic-468x90

Azərbaycan millisi FIFA reytinqində dörd pillə geriləyib.

Yenicag.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb.

Komanda əvvəlki siyahıda 1142.25 xalla 123-cü idi.

Yığma bu ay DÇ-2026-nın seçmə mərhələsində evdə İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1877.18 xal) yer alıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa