!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minimum əmək haqqı və maaşlar artırıldı: İnflyasiya ilə bahalaşmanın qarşısı necə alınacaq?

!Reklam – Yazi

“Əgər “kölgə iqtisadiyyatı”na qarşı görülən tədbirlər effektli nəticə verməkdə davam edərsə, maaş artımlarının davamlı olacağını görəcəyik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin ölkədə minimum əmək haqqının 250 manata qaldırılması və bəzi sahələrdə işləyən vətəndaşların maaşlarının artırılmasına dair iyunun 18-də imzaladığı sərəncamı şərh edən iqtisadçı Pərviz Heydərov deyib.

Heydərovun sözlərinə görə, vergi və gömrük sahələrində həyata keçirilən islahatlar nəticəsində büdcəyə daxil olan vəsaitlərin artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu kimi addımların atılmasına imkan yaradır:

Qeyd edim ki, cari ilin əvvəlindən etibarən, sosial istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı prezident sərəncamlarının verilməsinə başlandı. Yanvar ayından bir sıra sahələrdə artımların həyata keçirilməsinə start verildi. Martın 1-də isə minimum əmək haqqı 38,4 faiz artırıldı və ölkədə ilk dəfə olaraq yaşayış minimum səviyyəsinə çatdırıldı. Bütün bu addımlar dövlət başçısının özünün də müşavirələrdə və müxtəlif çıxışlarında da vurğuladığı kimi, “sosial zərf” qismində xarakterizə edildi. Yəni bu qərarlar bir zərfdə ümumiləşdirilmiş kompleks islahatların tərkib hissəsi olaraq göstərilirdi. Əslində, bu artımların əsası ötən ilin ikinci yarısında qoyulmuşdu və hökumət dövlət başçısının tapşırığı ilə hazırlıq işlərinə başlamışdı, müvafiq mexanizm qurulurdu. Yəni indi şahidi olduğumuz maaş artımları həm 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuşdu, həm də vergi-gömrük sahəsində aparılan islahatlarla əlaqədar dövriyyəyə əlavə vəsaitlərin daxil olması hesabına həyata keçiriləcək.

Xatırladaq ki, o çərçivədə dövlət büdcəsinə daxil olacaq vəsaitlərin ümumi həcminin 3 milyard manata çatdırılması proqnozlaşdırılır. Prezident də 25 fevral tarixli müşavirədə bildirmişdi ki, vergi sahəsində həyata keçirilmiş islahatlar nəticəsində vergidən yayınma hallarına qarşı kompleks tədbirlər həyata keçirilməkdədir. Bütün bunların nəticəsində hələ Vergilər Nazirliyinin rəsmən açıqladığı rəqəmə əsasən, dövlət büdcəsinə topdansatış ticarət şəbəkələrindən və özəl klinikalardan milyonlarla manat həcmində əlavə vəsait daxil olub. Prezident İlham Əliyev də sosial sahədə tədbirlərin həyata keçirilməsində həmin vəsaitin əlavə stimul yaratdığını qeyd edib. Bu isə o deməkdir ki, əgər “kölgə iqtisadiyyatı”na qarşı görülən tədbirlər effektli nəticə verməkdə davam edərsə, qeyri-leqal dövriyyə də uğurla aşkarlanarsa, maaş artımlarının davamlı olacağını görəcəyik”.

İqtisadçının fikrincə, maaş artımının inflyasiyanın yüksəlməsinə və qiymətlərin bahalaşmasına yol açması üçün zəmin olmasa da, müəyyən riskləri mütləq nəzərə almaq lazımdır:

“Maaş artımının inflyasiyaya və bahalaşmaya mümkün təsirinə gəldikdə isə, hazırda ölkədə mövcud olan makroiqtisadi göstəricilər sabit vəziyyətdədir. Bunun bir səbəbi hökumətin 2017-ci ildən etibarən valyuta bazarında və makroiqtisadi göztəricilərdə tənəzzülün qarşısını alması, bəzi sahələrdə artımlara nail olmasıdır. Digər tərəfdən isə dünya bazarında neftin qiymətinin Azərbaycan üçün əlverişli səviyyədə olması da neqativ proseslərin təsirini neytrallaşdırmağa imkan verir. Bütün bunlar isə ölkədə inflyasiyanın artmasının və qiymətlərin bahalaşmasının qarşısını almaq üçün yetərlidir. Bununla belə, əgər istehlak bazarında inhisarçı amillərin təsir gücü məhdudlaşdırılmasa, idxal faktoru ciddi şəkildə nəzarətdə saxlanılmasa, eyni zamanda, süni qiymət artımının baş verməsi üçün ortada olan müəyyən subyektiv səbəblər aradan qaldırılmasa, maaş artımının mənfi effekt doğurması kifayət qədər mümkündür. Lakin maaş artımları sentyabrın 1-nə nəzərdə tutulduğu üçün hökumətin dövriyyəyə əlavə vəsaitin daxil olmasına qədər və sentyabrın 1-dən sonra bazara nəzarət imkanları üçün yetərincə vaxtı var”.

A.Zeynalov

www.yenicag.az

1644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv