MİQ imtahanlarına sərf olunan vəsait açıqlandı

media-hightechnic-468x90

“Ümumi təhsil haqında” qanunda əsas prinsiplər təsbit edilib. Burda müəllimlərin tələbatının müəyyən edilməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarının müəyyən edilməsi, onların kadr təminatı siyasətinin həyata keçirilməsi – hər biri ayrı-ayrılıqda müddəalarla təsbit edilib”. 

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Sosisal qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O bildirib ki, 2011-2012-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir:

“Bu qaydanın tətbiq edilməsi nəticəsində 2015-2024-cü illərdə 45 000 nəfərə yaxın namizəd müddətsiz əmək müqaviləsi əsasında işlə təmin olunub. Hər il müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi üçün dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti sərf olunur. Belə ki, müsabiqənin keçirilməsi üçün təchizat xərcləri 2021-ci ildə 1 milyon 106 min 33 manat, 2022-ci ildə 1 milyon 314 min 197 manat, 2023-cü ildə 1 milyon 290 min 567 manat, 2024-cü ildə isə 232 min 665 manat təşkil edib.

2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 min 171 nəfərdən 46 min 930 nəfər, 2022-ci ildə 54 min 804 nəfərdən 44 min 363 nəfər, 2023-cü ildə 58 000 nəfərdən 47 min 571 nəfər, 2024-cü ildə isə 61 min 669 nəfərdən 50 min 264 nəfər test imtahanı mərhələsində iştirak edib. Yalnız ötən il 18,5 faiz namizəd imtahana gəlməyib. Bu isə imtahan xərclərinin ödənilməsi üçün izafi xərclərə səbəb olub. Bu xüsusda da, müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə müsabiqədə iştirakın ödənişli olması təklif edilir.  Ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmur, – şöbə müdiri bildirib./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa