Reklam: High Technic
hightechnic

Mirşahinin qardaşı məhkəmə önündə: Vətəndaşlara pul "atıb"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirəddin Mirdilavər oğlu Ağayevin məhkəməsi başlayıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, məhkəmə hakim Novruz Kərimovun sədrliyi ilə keçirilir.

M.Ağayev çoxsaylı vətəndaşlardan müxtəlif bəhanələrlə pul alaraq onların etibarından sui-istifadə edib. O, əsasən pulu işə düzəltmək adı ilə alıb.

Proses ayın 25-də davam edəcək.

Qeyd edək ki, M.Ağayev tanınmış telejurnalist Mirşahin Ağayevin qardaşıdır.

www.yenicag.az

1098