Misirin devrilmiş prezidenti Hüsnü Mübarək vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə Misir dövlət televiziyası sabiq prezidentin ölümü barədə məlumat yayıb.
H. Mübarək 1981-ci ildən 2011-ci ilə kimi Misirə rəhbərlik edib. O, 2011-ci ildə baş verən inqilab zamanı istefa verib. Daha sonra həbs edilən H. Mübarək azadlığa buraxılıb.
Qeyd edək ki, Hüsnü Mübarəkin 91 yaşı var idi.