!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mixeil Saakaşvili Qənirə Paşayevanın vəfatı ilə bağlı həbsxanadan başsağlığı göndərdi – FOTO/ÖZƏL

!Reklam – Yazi

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Milli Məclisin mərhum deputatı Qənirə Paşayevanın vəfatından sarsıldığını bildirib.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Hüquqlarının Müdafiə Komitəsinin üzvü Nərgiz Əliyevanın Yenicag.az-a verdiyi xəbərə görə, qonşu ölkənin sabiq dövlət başçısı Milli Məclisin ötən gün dünyasını dəyişən deputatı Qənirə Paşayevanın vəfatı ilə əlaqədar həbsxanadan başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan parlamentinin deputatı Qənirə Paşayevanın vəfatı xəbərini böyük ağrı ilə öyrəndim. Onunla dost idik. O, olduqca həssas, intellektli, ölkəsinin böyük vətənpərvəri olaraq, Azərbaycanın hüquqlarının beynəlxalq arenada qorunması, həmçinin Azərbaycan – Gürcüstan münasibətlərinin möhkəmlənməsi yönündə çox işlər görmüşdü.

Xatirəsi əbədi yaşayacaq, yaxınlarına və doğmalarına başsağlığı verirəm”.

Qeyd edək ki, Mixeil Saakashvili ilə Qənirə Paşayeva yaxın dost olublar. Saakaşvilinin Fərmanı ilə Qənirə xanım Marneulinin fəxri vətəndaşı seçilib və “Şərəf ordeni” ilə təltif edilib.

www.yenicag.az

2769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv