Moskada Millətlər Evi Azərbaycan əleyhinə tədbirə rədd cavabı verdi – YENİLƏNİB

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlıları konqresinin Moskva bölməsinin sədri Şamil Tağıyevin və Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin səyləri nəticəsində bir qrup separatçının Moskvadakı tədbiri ləğv olunub.

***

Moskvada yaşayan bir qrup separatçı Azərbaycan əleyhinə tədbir keçirməyə hazırlaşır. Bu barədə Lent.az-a Moskvadakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, özlərini qondarma “Talış Dirçəliş Hərəkatı”nın üzvləri adlandıran qrup hərəkatın himnini təqdimatını keçirməyə hazırlaşır. Tədbir hansısa şəxsi obyektdə və ya mənzildə deyil, Moskva Millətlər Evində keçiriləcək.

Dekabrın 16-da keçirilməsi nəzərdə tutulan tədbirə qondarma hərəkatın üzvləri dəvət edilib.
Himnin mətni isə Azərbaycan tarixi, qəhrəmanları və ərazi bütövlüyü əleyhinə məqamlarla doludur.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa