Moskva sakini evində Ukrayna bayrağı rənglərində işıqlandırma etdi

media-hightechnic-468x90

Polis Moskva sakininin evində yoxlamalar aparmağa çalışıb.

Yenicag.az xəbər verir ki, buna onun Ukrayna bayrağı rənglərində işıqlar yandırması səbəb olub. Ondan üzbəüz binada yaşayan sakinlərdən biri şikayət edib.

Məlumat sosial şəbəkələrdə yayılıb.

Hadisə Dekabristlər küçəsindəki evin 12-ci mərtəbəsində yaşanıb. Lakin polis əməkdaşları mənzil sahibi ilə danışa bilməyiblər. Belə ki, onlara qapını açan olmayıb. Qonşular da polislə danışmaqdan imtina ediblər.

Evdəki işıqlar isə artıq bir həftədir ki, yanır. Polis isə evin sahibini axtarır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600