“Moskva Tehranın etibarlı tərəfdaşı olaraq qalır” – Putin
Rusiya Prezidenti Vladimir Putin İran liderlərini Novruz bayramı münasibətilə təbrik edib.
“Yenicag.az” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Kremlin açıqlamasında deyilir: “Vladimir Putin İran xalqına çətin sınaqların öhdəsindən ləyaqətlə gəlməyi arzulayıb və vurğulayıb ki, bu çətin dövrdə Moskva Tehranın sadiq dostu və etibarlı tərəfdaşı olaraq qalır”.













