Müdafiə Nazirliyinin binasında partlayış
Bu gün səhər saatlarında Əfqanıstan paytaxtında, Müdafiə Nazirliyinin binasında partlayış baş verib.
Partlayış nəticəsində 4 nəfər həlak olub, 11 nəfər də yaralanıb. Belə ki, kamikadze partlayıcı qurğunun yerləşdiyi motosikleti Əfqanıstan Müdafiə Nazirliyinin əməkdaşlarının olduğu avtomobilə çırpıb.
Partlayışa görə məsuliyyəti Taliban terror qruplaşması öz üzərinə götürüb.(aznews)