!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllim-valideyn məngənəsindəki ŞAGİRDLƏR: "İmtahanlardan daha çox bal toplamaları üçün onları sıxırlar" - Ekspert

!Reklam – Yazi

“Üzləşdiyi problemini heç kimlə bölüşə bilməyən şagird çıxış yolunu intiharda görür”.

Bu sözləri son zamanlar şagirdlərin intiharı və intihara cəhd etməsi hallarının artmasına münasibət bildirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, intihar hallarının uşaqlar arasında yayılmasının əsas səbəbi müəllim və valideynlərin şagirdin daha yaxşı nəticə əldə etməsi üçün ona təzyiqlər göstərməsidir:

“Çox təəssüf ki, son zamanlar intihar xəbərlərini tez-tez eşidirik. İntihar halları artıq şagirdlərin yaş qrupuna kimi enib. Bu hər birimiz üçün həyəcan təbilidir. İndiki hal istər valideyn, istər müəllim, istərsə də vətəndaş kimi hər kəsi narahat etməlidir. Xüsusən də məktəb psixoloqları, müəllimlər və valideynlər bu vəziyyətlə mübarizədə daha aktiv olmalıdırlar.

Bu gün məktəblərdə psixoloq kimi fəaliyyət göstərən müəllimlərin ixtisası fərqlidir. Hətta bəzi məktəblərdə, ümumiyyətlə, psixoloq yoxdur. Şagird-müəllim münasibətlərindəki məsafə isə şagirdin öz problemini müəllimə deməyinə əngəl yaradır. Bununla yanaşı, evdə valideyni ilə də dost olmayan uşaqlar özünə qapanır. Üzləşdiyi problemini heç kimlə bölüşə bilməyən şagird çıxış yolunu intiharda görür. Şagirdlərin üzləşdiyi əsas problem imtahanlarla bağlı olur. Əsasən, 9-cu sinifdən sonra həm müəllimlər, həm də valideynlər övladlarının imtahanlardan daha çox bal toplaması üçün onları istəyərək və ya istəməyərəkdən sıxırlar.

Əksər valideynlər uşağın az bal toplayacağı təqdirdə bəzi hədə-qorxulara əl atırlar. Bu isə uşağın çıxış yolunu intiharda görməsinə səbəb olur. Nəticəsinin yaxşı olması üçün valideynlə yanaşı, müəllim də kimlərinsə övladını nümunə olaraq göstərir və şagirdin daha çox dərs oxumasını tələb edir. “Gənclər gələcəyimizdir”, – deyiriksə, gələcəyimizə dəyər verməli və onları qorumalıyıq. Heç bir nəticə onların canlarından, sağlamlığından vacib deyil”.

Gülşən Şərif

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv