Müəllimlərin işə qəbulu üzrə müsahibə keçiriləcək

media-hightechnic-468x90

Avqustun 19-23-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məluçata görə, bu mərhələdə vakant yer tutmuş 3 728 nəfərin iştirakı gözlənilir.

Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər miq.edu.az/musahibeler linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600