“Bu gün elə müğənnilər var ki, pulu sel kimi xərcləyirlər… Kim sınmağa, əyilməyə razı olsa, hamı o pulu qazana bilər”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Vaqif Şıxəliyev “Xəbərin var” verilişində deyib.
Sənətçi toylarda masalara dəvət olunub, sındırılan müğənnilərlə bağlı qalmaqallı açıqlama verib:
“Bəzi müğənniləri pula görə sındırırlar. Toyda elə insanlar var, pul göstərib müğənniyə bura gəl deyib stola çağırırlar. Mənim də başıma gəlib. Demişəm, stola gəlməyəcəyəm. Sonra foyeyə çıxanda mənə deyir ki, sən stola yaxınlaşsaydın, sənə azı 1000-1200 dollar pul verəcəkdik, niyə gəlmədin, başqa müğənni olsaydı, qaça-qaça gələrdi.
Sənəti olmayan müğənnilərin çoxu 200-250 minlik maşın sürürlər. Nədən irəli gəlir? Belə şeylərdən. Kim sınmağa, əyilməyə razı olsa, hamı o pulu qazana bilər. Bu gün elə insanlar var ki, pulu sel kimi xərcləyirlər. Nəyin hesabına? Müğənnini pul verib, əyirlər, sındırırlar, sonra telefona çəkib yayırlar. O müğənni də tamaşaçı tərəfindən hörməti aşağı düşür. Çox şeylər görmüşəm”.
Nehru
www.yenicag.az