Müğənni sevgilisini öldürdü-Video
Türkiyənin Adana şəhərində gənc müğənni sevgilisini evində öldürüb.
Gənc müğənni Asuman K. sevgilisindən yaxa qurtarmaq üçün qətlə yetirib.
Hadisə barədə məlumat daxil olan kimi cinayəti araşdırmaq üçün xüsusi kriminal qrup yaradılıb. Araşdırmalar zamanı gənc müğənninin sevgilisi Bilal Ayyıldızın meyiti evində tapılıb. Onun 8 yerindən bıçaqlandığı məlum olub.
Müğənni oğlu ilə İstanbula qaçarkən yolda saxlanılıb. Gənc müğənni ilk öncə polisə verdiyi ifadədə qətli törətdiyini etiraf edib. Lakin sonradan ifadəsini dəyişib. Bildirib ki, sevgilisini 14 yaşlı oğlu vurub.
Müğənni onu da əlavə edib ki, sevgilisindən ayrılmaq istəyib. Bu səbəbdən onun evinə gedərək əşyalarını yığışdırmaq istəyib. Bu zaman onların arasında mübahiыə yaranıb. Bu zaman oğlan qadını yerə yıxıb və vurmağa başlayıb. Bu zaman oğlan uşağı anasını qorumaq üçün kişini vurub.
Lakin istintaq zamanı müğənninin yalan danışdığı məlum olub. Müəyyən edilib ki, qətli müğənninin özü törədib.