!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibədə yeni çağırışlar və gözləntilər: “Qərbin Ukraynaya münasibəti dəyişir”

!Reklam – Yazi

“Qərbin Ukraynaya münasibətində dəyişiklik hiss olunur”.

Bu fikri İsrail Livan toqquşmasının artması fonunda Rusiya Ukrayna müharibəsin davam etməsi, Qərb ölkələrinin Rusiyaya qarşı münasibətinin dəyişmə ehtimalını Yenicag.az-da dəyərləndirən politoloq Yusif Bağırzadə açıqlayıb.

Yusif Bağırzadə bildirib ki, Almaniya və Fransadakı müxalif qüvvələr Ukraynaya yardımın dayandırılmasını tələb edir.

“HƏMAS-ın İsrailə hücumu öz nəticəsini verməkdədir. Burda məqsəd ABŞ və Qərb ölkələrinin Rusiya Ukrayna müharibəsindən yayındırmaqdır. Buna da nail olunmaqdadır. Bütün prosesləri ABŞ də keçiriləcək seçkilərlə də əlaqələndirmək olar. Yaxın Şərqdəki və Rusiya Ukrayna müharibəsi ABŞ-dəki seçkilərin taleyini müəyyən edəcək. Müharibə davam edəcəksə, Donald Tramp qələbə qazanacaq, yox dayanacaqsa, Kamala Harris”, – deyə o qeyd edib.

Almaniyadakı seçkilərə diqqət çəkən politoloq bildirib ki, Alternativ Almaniya blokunun qalib gəlmə şansı böyükdür.

“Bu blok Rusiya Ukrayna müharibəsində birtərəfli qaydada Rusiyanın tərəfindədirlər. Onlar Almaniyanın Ukraynaya yardım etməsini istəmirlər. Fransada da vəziyyət gərgindir. Makronun impiçment edilmə ehtimalı gündəmə gəlib. Bu, baş tutmasa, solçuların hakimiyyətə gəlmək şansları günü-gündən artır. Solçular da birmənalı şəkildə Rusiyanın tərəfindədirlər. Onlar Ukraynaya yardımın dayandırılmasını tələb edirlər.

Açıq şəkildə Qərbin Ukraynaya münasibətində dəyişiklik hiss olunur. Əgər İsrail “Hizbullah” arasında quru əməliyyatları başlasa, biz bunun açıq şəkildə şahidi olacağıq”, – deyə o yekunlaşıdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv