“Vay dədəm, vay, nə ağır xəbər oldu. Elə bil hər yer uçub dağılır, adam dağıntılar altında qalır ha, burnunun ucu ya görünür, ya görünmür, bax bu xəbər mənim üçün elə bil “komfort” yaratdı”.
Bunu Yenicag.az-a açıqlamasında xalq şairi Musa Yaqubun ölümündən sarsılan tanınmış yazıçı Seyran Səxavət deyib.
Seyran Səxavət əziz dostunun qəfil ölüm xəbərindən sarsılıb:
“Vay-vay, nə ağır xəbər oldu. Mayın 9-da istəyirdim gedim, doğum gününü təbrik edim. Bu dünya bizimki olmayacaqsa, bu Musa da bizimki olmayacaqsa… Vay dədəm vay, nə ağır xəbər oldu. Heyf, Azərbaycan poeziyasının nanə yarpağı idi Musa. Dünyada o nadir qələm sahiblərindən idi ki, Musa qatığın rəngini də dəqiq bilirdi və bunu dilinə də gətirirdi. Heyf, heyf, heyf. Həm dostumu, həm böyük qardaşımı itirdim. Əlvida ay Musa, Allahın razılığı və əcəlin vizası ilə görüşəcəyik”.
Cəvahir