Müsavat Partiyası: “Eldəniz Quliyev yaxşı olar ki…”
Müsavat Partiyasının bəyanat verərək, ölkədə siyasi məhbus problemlərinin olduğunu əsas gətirb və Azərbaycanda Avropa Oyunlarının açılış mərasiminə xarici dövlət başçılarının gəlməməsini tövsiyyə etməsi çağırışına Milli Şura üzvü Eldəniz Quliyev mətbuatda bu addımı daldan atılan daşa bənzədib: “Müsavat partiyasının bu addımı daldan atılan daşa bənzəyir, sözsüz ki, bu daş topuğa dəyəcək. Azərbaycanın demokratik qüvvələri Avropa Oyunları ilə bağlı öz möveyini açıq formada bildirməlidir. Necə ki, Milli Şura bunu edib, biz ölkəmizə gələn idmançı və turistlərə Azərbaycandakı mövcud durumu çatdırmaq, ölkədə söz azadlığı, siyasi məhbus problem olması barədə məlumat verməliyik. Müsavat partiyası isə sadəcə olaraq bəyanat verib”.
Yenicag.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə E. Quliyevi peşəkar siyasətçi olmamaqda qınadı: “Müsavat Partiyasının gündəmində duran məsələ Avropa Oyunları ilə bağlı olan məsələdir. Partiyamız bu oyunlara bir meqakorrupsiya layihəsi kimi yanaşır. Siyasi azadlıq və siyasi məhbuslarla bağlı problem həll olunmadığı bir halda Avropa dövlətlərini oyunların açılış mərasimində iştirakdan imtina çağırışı ilə çıxış etmişik. İndiki anda peşəkar siyasətçilər bu mövzunu müzakirə etməlidir, hansısa xırda, şantaj, böhtan xarakterli mövzuları yox. Eldəniz Quliyev yaxşı olar ki, bu məsələdə təmsil etdiyi təşkilatın, həmçinin özünün bir mövqeyini ortaya qoysun”.
ELÇİN