!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifətdə “yeni qüvvə” sindromu: “Bu iddiada olanlar tənqid etdikləri fəaliyyəti təkrarlayırlar”

!Reklam – Yazi

“Belə bir şəraitdə yeni və kütləvi demokratik qüvvənin yaranması qətiyyən real deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifət daxilində zaman-zaman qabaran “yeni qüvvə” sindromuna münasibət bildirən politoloq Nəsimi Məmmədli deyib.

Onun sözlərinə görə, “yeni qüvvə” adını iddia edən siyasətçi və partiyalar fəaliyyətlərini ənənəvi müxalifətin tənqidinə həsr etməklə, öz mahiyyətlərini ortaya qoyurlar:

“Belə bir hüquqi-siyasi şəraitdə yeni yaranacaq istənilən partiya ən yaxşı halda mövcud siyasi təşkilatların sayını artırmış olacaq. Ölkədə proporsional seçki sistemi bərpa edilmədən, nəticələri mübahisəsiz qəbul edilən seçkilər keçirilmədən partiyalara ictimai maraq artmayacaq.

Azərbaycan tipli ölkələrdə “yeni qüvvə” tezisi əsasən, manipulyasiya xarakteri daşıyır. Ötən dövrlərdə bu istiqamətdə müəyyən uğurlar əldə etmək mümkün olsa da, hazırda sosial şəbəkələrin geniş yayıldığı sosial-siyasi mühitdə bunu etmək çox çətindir. Belə bir şəraitdə yeni və kütləvi demokratik qüvvənin yaranması olduqca real deyil.

“Yeni qüvvə” iddiasında olanların müxalifətin indiyə kimi tətbiq etdiyi siyasi-təşkilati metodlardan kəskin şəkildə fərqlənən hər hansı yeniliyə imza atdığını da müşahidə etməmişik.

Bu siyasətçilər və təşkilatlar cəmiyyəti inandırmağa çalışırlar ki, siyasi dəyişikliklərin uğursuzluğa düçar olmasının səbəbi elə ənənəvi müxalifətdir. Bu yanaşmanın hakimiyyətə sərfəli tezislər üzərində formalaşması da diqqətdən yayınmır”.

Səxavət Məmməd

www.yenicag.az

3943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv