!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Namizədlərin debata çıxacağı vaxt açıqlandı

!Reklam – Yazi

Azərbaycan Respubilkası prezidentinin seçkilərində KİV-in rol və vəzifələrinə həsr edilmiş seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, bu gündən etibarən namizədlərin təşviqat kampaniyası başlayıb, onlar ictimai televiziya və radioda efirə çıxacaqlar.

Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikası Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilmiş seminar müşavirədə deyib.

MSK sədri qeyd edib ki, radio efirində namizədlərin çıxışı təxminən saat 19:00 radələrində, televiziyalarda isə təxminən saat 22:00-da baş tutacaq.

Məzahir Pənahov bildirib ki, 5600-ə yaxın seçki məntəqəsində səsvermə keçiriləcək və seçicilərin ümumi sayı 5 milyon 300 mindən çoxdur. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 seçki məntəqəsində vebkameralar quraşdırılıb və həmin məntəqələr elə seçilib ki, Azərbaycanın bütün regionlarını əhatə edir.

MSK sədri əlavə olaraq deyib ki, dünyanın istənilən nöqtəsindən vebkameralar vasitəsilə həmin məntəqələrdə seçkilərdə baş verən bütün prosesləri izləmək mümkün olacaq.

Məzahir Pənahov seçkilərdə kifayət qədər beynəlxalq və yerli müşahidəçilərin qeydə alındığını da diqqətə çatdırıb:

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da seçkiləri müşahidə edəcək. Artıq DTİHB-nın uzunmüddətli missiyası fəaliyyətə başlayıb və seçkiyə 2 gün qalmış qurumun 280 nəfər qısa müddətli müşahidəçisi gələcək”.

MSK sədri seçkilərdə baş verən proseslərin ictimaiyyətə düzgün çatdırılmasında KİV-lərin üzərinə də böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, xaricdə maraqlı olan tərəflər KİV vasitəsilə ölkənin daxili işinə müdaxilə etməyə cəhd göstərir:

“İndiyə qədər KİV-lər bu cür hallara yol verməyib və inanıram ki, bu seçkilər zamanı da KİV nümayəndələri özlərini bölgələrdə xalqına xidmət edən bir qurumun təmsilçisi kimi hiss edəcəklər”.

Səxavət Məmməd

Foto:Cəmalə

www.yenicag.az

1870
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv