!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narahatlığa ƏSAS YOXDUR: Meymunçiçəyi koronavirus olmayacaq - Ekspert RƏYİ

!Reklam – Yazi

“Meymunçiçəyi xəstəliyi koronavirusla müqayisə oluna bilməz”.

Bu sözləri koronavirus pandemiyasından sonra indi də meymunçiçəyi xəstəliyinin gündəmi zəbt etməsinə toxunan tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, meymunçiçəyi infeksiyası o qədər də qorxulu xəstəlik deyil və ölüm hallarına nadirən rast gəlmək mümkündür:

“Meymunçiçəyi xəstəliyi dünyada yayılırsa, Azərbaycanda da bu xəstəliyə rast gəlmək mümkündür. Çünki ölkəmizin dünya ölkələri ilə əlaqəsi var. Sadəcə meymunçiçəyi xəstəliyi koronavirusla müqayisə oluna bilməz. Koronavirus pandemiyasında ölüm hallarına daha sıx rast gəlinirdi. Eyni zamanda, yayılma tempi çox güclü idi. Meymunçiçəyi xəstəliyinin isə güclü yayılma tempi yoxdur və orqanizmdə çox qısa zamanda sağalır. Bu xəstəlikdə ölüm halları çox nadir hallarda baş verə bilər. Xəstə, gərək, o qədər ağır olsun ki, ölümü baş versin. Meymunçiçəyi infeksiyasının insanlarda psixoloji gərginlik yaradacağı ehtimal olunmur”.

Qeyd edək ki, meymunçiçəyi infeksiyasının ilkin simptomlarına qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir. Qızdırma keçdikdən sonra səpkilər əmələ gələ bilər. Onlar, adətən, üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır. Kəskin qaşıntıya səbəb olan səpkilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar, həmçinin dəridə izlər buraxa bilər. Adətən, 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.

Gülşən Şərif

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv