NATO-dan Rusiyaya sərt bəyanat – Türkiyə ilə bağlı

media-hightechnic-468x90

nato_summit_esasNATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv olan dövlətlərin hava məkanının təhlükəsizliyinin təmin olunması üçün Rusiyanı lazımi tədbirlər görməyə çağırıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Stoltenberq Rusiyaya məxsus “SU-34” təyyarəsinin Türkiyənin hava məkanını pozmasına münasibət bildirərkən bildirib.

“Mən Rusiyanı addımlarını məsuliyyətlə atmağa və NATO-nun hava məkanına hörmət etməyə çağırıram. Rusiya bu cür halların gələcəkdə təkrarlanması üçün bütün lazımi tədbirlər görməlidir”, – deyə NATO-nun baş katibi qeyd edib.

Qeyd edək ki, Türkiyə XİN-i Rusiyaya məxsus “SU-34” qırıcı təyyarəsinin Türkiyə hava məkanını pozduğunu bəyan edib. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600