NATO-nun “Şərq gözətçisi” əməliyyatı başladı

media-hightechnic-468x90

NATO-nun alyansın şərq cinahında təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan “Şərq gözətçisi” əməliyyatı başlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə NATO-nun “X” sosial şəbəkəsindəki hesabında məlumat yer alıb.

“Hərbi əməliyyat hava məkanının pozulmasına cavab olaraq başlayıb və NATO-nun şərq cinahda mövqelərini gücləndirmək məqsədi daşıyır. Müttəfiqlər artıq qoşun və imkanlarını yerləşdirməyə başlayıblar”, – paylaşımda deyilir.

Xatırladaq ki, daha əvvəl NATO-nun Baş katibi Mark Rutte əməliyyatın yaxın günlərdə başlayacağını bildirmişdi. Qərar Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə bağlı insidentdən sonra verilib. Əməliyyatda alyansa üzv bir sıra dövlətlər, o cümlədən Danimarka, Fransa, Böyük Britaniya və Almaniya iştirak edir./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05