Naxçıvanda erkən nikahın qarşısı alındı
Naxçıvanda erkən nikahın qarşısı alınıb.
Yenicag.az xəbər verir ki, 2000-ci il təvəllüdlü, Şahbuz rayon, Gömür kənd sakini A.C (ad və soyad şərtidir) tərəfindən 2008-ci il təvəllüdlü, Şahbuz rayonu, Gömür kənd sakini, yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) qaçırılaraq erkən evliliyə cəhd edilib.
Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və Şahbuz Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin yaşadığı ünvana baxış keçirilib, valideynləri ilə qanunamüvafiq söhbətlər aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
Beləliklə də aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən evliliyin qarşısı alınıb.
Aidiyyəti dövlət orqanları ilə birlikdə tərəfimizdən həyata keçirilən müvafiq proseslərdən sonra yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) ailəsinin yanına qaytarılıb.