Nazarbayevin dəftərxanası ləğv edilir – 3 milyardlıq “QƏNAƏT”

media-hightechnic-468x90

Qazaxıstan hökuməti ölkənin 1-ci prezidentinin dəftərxanasını bağlamaq qərarına gəlib.

Yenicag.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin maliyyə naziri Yerulan Jamaubayev danışıb.

O, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin dəftərxanasının bağlanacağına dair məlumatı təsdiqləyib.

Jamaubayev bu addımı dəftərxananın “restruktrizasiyası” kimi tədqim edib və qərarın yaxın müddətdə icra olunacağını bildirib:

“Hazırda dəftərxananın restruktrizasiya prosesi gedir. Orada çalışanların bir hissəsi başqa təşkilatlarda işlə təmin olunacaq, digərləri isə ixtisar ediləcək. Proses bir ay-ay yarım müddətində yekunlaşacaq. Dəftərxananın ləğvi büdcə vəsaitlərinə hər il 2-3 milyard təngə qənaət etməyə imkan verəcək”.

A.Zeynalov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600