Nazim Çavuşoğlu: "100-dən artıq azərbaycanlı tələbə bizdə təqaüdlə təhsil ala biləcək" - FOTO/VİDEO

media-hightechnic-468x90

“Şimali Kipr Türk Cümhuriyyətində 100-dən artıq azərbaycanlı tələbə bursla təhsil ala biləcək”.

Bunu “TV1”-ə özəl açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin təhsil naziri Nazın Çavuşoğlu bildirib.

O qeyd edib ki, hazırda Azərbaycanın Təhsil Nazirliyi ilə bu istiqamətdə danışıqlar aparılır:

“Məmləkətinizə səfərim çərçivəsində Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşdüm. Bir çox məsələlərlə bağlı Emin Əmrullayevlə ətraflı müzakirələr apardıq. O cümlədən, azərbaycanlı tələbələrin Şimali Kipr Türk Cümhuriyyətində təhsil almaları ilə əlaqədar də danışıqlar apardıq. İşbirliyimizlə bağlı müzakirələrimizi davam etdirəcəyik. Azərbaycanın da dəstəyilə Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində bursla təhsil almaq imkanı əldə edə biləcək gənclərin sayını artırmağı nəzərdə tuturuq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600