Mühüm kəşf: Dünyaya həyat kosmosdan gəlib?

media-hightechnic-468x90

Yeni elmi araşdırma Dünyadakı həyatın mənşəyi ilə bağlı mühüm fərziyyəni gücləndirib. Alimlər formalaşmaqda olan gənc bir ulduzun – protostarın ətrafındakı qaz və toz diskində kompleks üzvi molekullar aşkar ediblər. Bu molekullar həyatın “təməl”i sayılan şəkərlər və amin turşularının atası hesab olunur.

Yenicag.az xəbər verir ki, bu kəşf “The Astrophysical Journal Letters” jurnalında dərc edilən tədqiqatda açıqlanıb.

Əvvəllər kosmosda bu cür üzvi molekullar aşkarlansa da, bu yeni tapıntılar uzun müddətdir, cavabsız qalan “zəncirin itkin halqası”nı tamamlayaraq həyatın kainatda düşündüyümüzdən daha geniş yayılmış ola biləcəyini göstərir.

Qeyd olunur ki, protostarların formalaşma prosesi zamanı radiasiya və qazın güclü şəkildə püskürməsi bu molekulları yox edə bilərdi. Lakin aparılan müşahidələr sübut edib ki, bu molekullar sərt proseslərə baxmayaraq, sağ qalaraq gələcəkdə planetlərin formalaşacağı disklərə ötürülə bilər.

Bu isə o deməkdir ki, həyat üçün zəruri olan kimyəvi maddələr təkcə Yer kürəsində yaranmayıb, əksinə, ulduzların və planetlərin yaranma mərhələsində kosmosda artıq mövcud olub və kainat boyunca səpələnib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600