Dronlar yeni silaha ÇEVRİLİR – Ukraynanın hava müdafiəsi nə qədər HAZIRLIQLIDIR?
“Bu təhdidin qarşısını almağın yeganə yolu hava hücumundan müdafiə sistemlərinin cəbhə xətti boyunca gücləndirilməsidir”.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin istefada olan polkovniki, hərbi ekspert Roman Svitan deyib.
O, dron hücumlarının intensivləşməsi barədə fikirlərini səsləndirib.
Hərbi ekspert bildirib ki, əgər məqsəd cəmiyyətə psixoloji təzyiq göstərməkdirsə, hər gün 100–150 dron istifadə oluna bilər:
“Yox, əsas hədəf hərbi obyektlərdirsə, bu zaman dronların sayı dəyişəcək. Rusiyanın məqsədindən asılı olaraq gündəlik pilotsuz təyyarə hücumlarının sayı və miqyası müxtəlifdir. Raket zərbələrini örtmək üçün də dronlardan istifadə edilə bilər. Çox güman ki, bunu yaxın gələcəkdə edəcəklər”.
Polkovnikin fikrincə. Ukrayna Rusiya və Çin istehsalı olan “Geranium” kimi pilotsuz təyyarələrlə, demək olar ki, hər gecə hücumlara hazır olmalıdır:
“Bu təhdidin qarşısını almağın yeganə yolu hava hücumundan müdafiə sistemlərinin cəbhə xətti boyunca gücləndirilməsidir. Mobil qruplar cəbhə bölgəsinə göndərilməli və yeni yaradılmış korpusun nəzarəti altında fəaliyyət göstərməlidirlər. Heç bir dron ölkə ərazisinə daxil olmamalıdır, yəni indiki dövrdə tam nəzarət vacibdir. Eyni zamanda mobil qruplar müxtəlif məhvetmə vasitələri ilə təchiz olunmalıdır. Misal üçün pulemyotlar, zenit qurğuları, tutucu dronlar, qısa mənzilli zenit-raket sistemləri və MANPADS-lər (portativ zenit raketləri). Arxa cəbhədə isə aviasiya komponentləri, yəni döyüş təyyarələri, yüngül təyyarələr və helikopterlərlə müdafiə təşkil edilməlidir. Başqa alternativlər isə yoxdur”.
Nəsimi Ələsgərli