İki il sonra hərbi formada və general rütbəsi ilə iclas keçirdi - FOTO

media-hightechnic-468x90

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general kimi ilk dəfə hərbi formada iclas keçirib. 

Yenicag.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, 17 aprel 2023-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat alan Mürsəl İbrahimova 25 iyun 2025-ci il tarix İbrahimova general-mayor ali hərbi rütbəsi verilib. Bu barədə ölkə başçısı sərəncam imzalayıb.

2023-cü ildən görüş və iclaslarını mülkü formada keçirən Dövlət Xidmətinin rəisi bu gün iyul çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasında ilk dəfə olaraq genral-mayor ali rütbəsində hərbi formada görüntülənib.

Qeyd edək ki, o, 1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunaraq, nazirliyin qurumlarında, o cümlədən Daxili Təhqiqatlar İdarəsinin əməliyyat, ərizə və şikayətlər şöbələrində müxtəlif vəzifələrdə xidmət keçib.

2006-cı ilin sentyabr ayından xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) davam etdirib, İnspektorluq İdarəsində müxtəlif zabit, şöbə rəisi vəzifələrində xidmət keçmişdir. 2008-ci ilin aprel ayında həmin idarənin rəis müavini, 2011-ci ilin may ayından isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmətini davam etdirib. 2015-ci ilin noyabr ayında öz arzusu ilə polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılıb. media-2e168cf23437e1e279fa3d153c072fcb_522659481_1247392010466487_5023851625534090084_n

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600