Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.
Yenicag.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, F.Məmmədli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.
DİN-in Mətbuat Xidmətindən Report-a fakt təsdiqlənib.
F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, F.Məmmədli sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.