Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazirlik tələbə təqaüdləri ilə bağlı açıqlama yaydı

“Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərcləri, o cümlədən təqaüd xərclərinin ali məktəblərin hesabına köçürülməsi aprelin 5-də tam başa çatdırılıb”.

Bunu ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi ilə bağlı yayılan xəbərlərlə dair APA-nın Maliyyə Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq nazirliyin ictimaiyyətlə əlaqələrə sektorunun müdiri Mayis Piriyev bildirib.

M. Piriyevin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2017-ci il tarixli 233s nömrəli sərəncamı ilə təsdiq olunmuş dövlət sifarişi ilə kadr hazırlığının maliyyələşdirilməsi üçün xərclərinin ali təhsil və digər müəssisələr üzrə bölgüsü 3 aprel tarixində Maliyyə Nazirliyinə təqdim edilib: “Təhsil Nazirliyi tərəfindən təqdim olunan bölgülərə uyğun olaraq Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən həmin vəsaitin 4 aylıq hissəsinin maliyyələşdirilməsi 2017-ci il 05 aprel tarixində tam başa çatdırılıb. Bu gündən etibarən isə ali məktəblər tərəfindən təqaüd almaq hüququ qazanmış tələbələrin kartlarına ödənişlərin köçürülməsinə başlanılıb”.

 

Loading...

www.yenicag.az

390
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100