!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazirlikdə yüksək vəzifə verilən 30 yaşlı gənc kimdir? - DOSYE / FOTO 

Xəbər verdiyimiz kimi, bu gün Təhsil Nazirliyinə yeni aparat rəhbəri təyin olunub.

Yenicag.az xəbər verir ki, bu vəzifəyə 30 yaşlı gənc Həsən Həsənli təyinat alıb.

H.Həsənli bundan əvvəl Təhsil Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
O, 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol Universitetində və Kembric Universitetində təhsil alıb. 2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Daha sonra Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazirin müşaviri və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin Sədri vəzifələrində çalışıb.

2020-ci ilin iyul ayından bu günədək Təhsil Nazirliyinin aparat rəhbərinin müavini olub.

İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

www.yenicag.az

3987
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100