!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neft bazarında hökm sürən qeyri-müəyyənlik: İnvestorlar tənəzzül qorxusu yaşayır

!Reklam – Yazi

ABŞ-də fəaliyyət göstərən investisiya bankları və bəzi reytinq agentlikləri bu il ərzində neftin qiymətlərinin 45-380 dollar/barel arasında dəyişəcəyini proqnozlaşdırıblar.

Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, digər maliyyə və tədqiqat institutları Avropa sanksiyalarının Rusiya neft hasilatını gündəlik 9 milyon bareldən aşağı salacağı təqdirdə neftin qiymətinin bir barel üçün 150 dollara yüksələ biləcəyini bildiriblər. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) isə ötən həftə dərc etdiyi aylıq neft hesabatında Ukraynadakı münaqişənin ilin ikinci yarısında səngiyəcəyini və bu səbəbdən Rusiyadan Avropaya qalıq yanacaq ixracında ciddi azalmanın gözlənilmədiyi qeyd olunub. “Fitch Ratings” Agentliyi gələn il “Brent” markalı neftin qiymətinin 100 dollar civarında olacağını proqnozlaşdırıb.

Atlantik Şurasının Baş üzvü, Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (ITIC) Enerji, İnkişaf və Təhlükəsizlik Proqramı Direktoru Ariel Koen qeyd edib ki, neft qiymətlərindəki qeyri-müəyyənlik qısamüddətli perspektivdə qiymət proqnozlarını çətinləşdirir və bazarlarda dalğalanmalara səbəb olur:

“Rusiya-Ukrayna müharibəsinin hara aparacağını, əlavə və ikinci dərəcəli sanksiyalara səbəb olacaq gərginliyin olub-olmayacağını bilmirik. Müharibə dayanacaqmı, Qara dənizdəki fəaliyyətlər normallaşacaqmı?! Taxıl ixracı ilə bağlı da narahatlığımız var. Ümumilikdə bu il neftin qiymətinin 85-90 dollar ucuzlaşacağını proqnozlaşdırıram”.

“Strategy International” Tədqiqat və məsləhət şirkətinin tədqiqatçısı Dimitrios Makousis isə bildirib ki, hazırda Brent markalı neftin qiymətinin bir barel üçün 45 dollara düşəcəyi ehtimalı azdır:

“İqtisadi tənəzzül qorxusu investorların daha ehtiyatlı davranmağına və maliyyə bazarlarının sarsılmasına səbəb olub. Liviyada elektrik kəsilməsi və neft yataqlarının bloklanması, Norveçdə dənizdə neft quyusu işçilərinin tətili, Ekvadorda neft hasilatını poza biləcək etirazlar, neft və neft hasilatı ilə daxili münaqişələr yenidən alovlanıb. OPEC-in azalan aşağı ehtiyat tutumu və hasilatı artırmaqda çətinlik çəkməsi, neft emalı zavodunun gücünün azalması iqtisadi tənəzzül qorxusunu daha da gücləndirir. Neft şirkətlərinə qarşı bu düşmənçilik hasilat və emal gücünə o qədər zərər verə bilər ki, qlobal enerji sisteminin dəyişməyə çalışdığı bir zamanda səviyyələr ciddi şəkildə dəyişə bilər. Nəticədə tədarük itkisinin kompensasiyasına dərhal nail olmaq mümkün olmayacaq”.

Gülşən Şərif

www.yenicag.az

474
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv