Neftçala sakinindən tüfəng götürüldü

Sumqayıt və Neftçala sakinlərindən silah-sursat aşkarlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyevdən müvafiq sənədləri olmayan “Marqolin” markalı idman tapançası, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Bundan başqa, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini V.Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi aşkar edilərək götürülüb.