Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Neftçalada dəhşətli qətl - Toydan çıxan şəxsi döyüb öldürdülər

Neftçala şəhəri ərazisində Bankə qəsəbə sakini Mahir Əliyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində M.Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişə baş verməsi və sonuncunun onu döyərək qətlə yetirməsi aydınlaşıb.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

***

09:00

Neftçalada meyit aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu gün səhər saatlarında rayonun Bankə qəsəbə sakini, 1970-ci il təvəllüdlü Əliyev Mahir Abbas oğlunun meyiti Neftçala şəhərində yerləşən “Xatimə” şadlıq sarayının arxasında tapılıb.

Məlumata görə, mərhum həmin gün toy mərasiminə gedib və axşam evə qayıtmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./Report/

Loading...

www.yenicag.az

8187
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100