“Neftçi” yeni rekorda imza atıb

media-hightechnic-468x90

“Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb.

Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” buna Misli Premyer Liqasının X turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etməklə nail olub.

Bakı təmsilçisi cari mövsüm çempionatda ilk böyükhesablı qələbəsini qazanıb.

Bu, “Neftçi”nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür.

Paytaxt klubu yalnız iki dəfə – 2009/2010 və 2015/2016 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb. Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05